Koronavirus dövründə hərbi xidmətdə olanlarla bağlı RƏSMİ AÇIQLAMA -
“Əsgər yaxınlarının onların yanına getməsinə icazə yoxdur”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O bildirib ki, hərbi hissələrdə xidmətini başa vuranların evə qayıtması xüsusi qaydalarla tənzimlənəcək:
“Bu istiqamətdə qaydalar hazırlanıb və ölkə rəhbərliyinə, müvafiq qurumlara təqdim olunub”.
“Ümumi razılığa əsasən, qaydalar tətbiq ediləcək. Bu qaydalar tətbiq edilməzsə, hərbi hissələr və qapalı cəzaçəkmə müəssisələrini qoruya bilmərik”.
Комментарии
Отправить комментарий